Sizin reklam burada
Sizin reklam burada

Beynəlxalq Müəllimlər Günü hər il bizə müəllimlərin əhəmiyyətli rolunu xatırladır

Beynəlxalq Müəllimlər Günü hər il bizə müəllimlərin əhəmiyyətli rolunu xatırladır


Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”
Ümummilli Lider Heydər Əliyev


Oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusunun artırılması barədə tövsiyə xarakterli sənədin qəbulunun ildönümünün qeyd olunması ilə əlaqədar UNESCO-nun qərarı ilə 5 oktyabr 1994-cü ildən keçirilir. Tövsiyə müəllimlərin hüquq və vəzifələri ilə bağlı meyarları, habelə onların ilkin hazırlığı və sonrakı təhsilinin, işə götürülməsinin, işə yerləşdirilməsinin, tədris və təhsil şəraitinin standartlarını müəyyən edir. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Onun müəllim haqqında dediyi fikirlər müəllimlərə verilən ən yüksək qiymətdir: " Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir". Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!

Bu gün Prezidentimiz cənab İlham Əliyevin Ulu öndərin siyasi kursunu layiqincə davam etdirməsi hamımızı sevindirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə qayğısı, diqqəti təhsil ocaqlarında yaradılan şərait müasir standartlara uyğun sinif otaqlarının və inzibati binaların istifadəyə verilməsi sabaha inamı artırır.

Müəllim adı, müəllim sözü Azərbaycanda da daim yüksək sanılmış, müqəddəs sayılmış, “Ana” və "Vətən" kəlmələrinə bərabər tutulmuşdur. Bizə ilk dəfə “Ana, Ata, Vətən” kəlmələrini yazmağı öyrətmiş, onların mənasını açıqlamış, sadə rəqəmlərin, uzaq ulduzların sirrini açmış, keçmişimizlə, tariximizlə tanış etmiş müəllimlərimizi daim ehtiram və sevgi ilə yada salırıq.

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki , müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib.

Dünyanın dərk edilməsi elmdə olduğundan, müəllimə bütün zamanlarda ehtiyac duyulur. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğuğunu dərk edərək, onun vücudu qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlayır. Elm və savadla bahəm, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, hər bir müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyətləri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyur. Müəllim pedaqoq və psixoloqdur. Müəllim özünü tərbiyə edib, özündə kamil insani sifətləri aşılayıbsa, demək, müəllim adı ona yaraşır. Özünə aşıladığı bu sifətləri mütləq cəmiyyətə də aşılayacaq. Belə bir cəmiyyətdə missiya daşıyıcısı olan müəllimə yetirilən diqqət də yetərincədir.

Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsilalanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik?

Müdrik kəlamda deyildiyi kimi, “Hər şey yoldan başlayır...”. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir.

Əziz Məleykə Abışova! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!


Beynəlxalq Müəllimlər Günü hər il bizə müəllimlərin əhəmiyyətli rolunu xatırladır



Hörmətlə: Yusif Məhəmmədoğlu,
Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-jurnalist

  • Sosial şəbəkədə paylaş