Bakıda məhsul bazarındakı qiymətlər açıqlanıb.
Xeberleragentliyi.com Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu illə müqayisədə 0,5 faiz artıb.
Artımla birlikdə bu rəqəm 23062,2 milyon manat təşkil edib.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə, 6,4 faiz artaraq, 11775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq, 11286,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.