Sizin reklam burada
Sizin reklam burada

Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb

Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb

“Beynəlxalq təcrübəyə uyğun olaraq işğaldan azad edilən ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiya artıq hazırlanıb və qəbul edilib”.

Xeberleragentliyi.com məlumatına görə, bunu Nazirlər Kabinetinin 2021-ci il prioritetlərinə həsr olunan iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, həmin konsepsiya işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun inkişafını, əlverişli biznes mühitinin yaradılmasını, dövlət və özəl sektor tərəfdaşlığının təşviqini, sosial dəstək mexanizmlərinin tətbiqini, yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin qayıdışını, torpaq islahatlarının aparılmasını əhatə edir:

“Eyni zamanda, beynəlxalq ekspertiza cəlb edilməklə dəymiş ziyanın hesablanmasına başlanılıb. İşğaldan azad olunmuş ərazilər üzrə əmlakın ilkin inventarlaşdırılması işləri də həyata keçirilir. Bu günə kimi 7 rayon üzrə 5 yaşayış məntəqəsində işlər yekunlaşıb. 30 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir. 132 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib”.

M.Cabbarov qeyd edib ki, 17 yanvar 2021-ci il tarixinə Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər rayonları və Suqovuşan qəsəbəsi üzrə cəmi 4 min 83 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ