Sizin reklam burada
Sizin reklam burada

ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!

ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!

Azərbaycan Beynəlxalq Bankı ƏDV faizlərini IBA Mobile tətbiqi və ya https://edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün möhtəşəm kampaniyaya start verib.

Yanvarın 21-dən başlayaraq ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 5 min müştərinin ƏDV qazancı 10 AZN-ə çatan kimi əlavə 10 AZN də Azərbaycan Beynəlxalq Bankından hədiyyə gələcək. Kampaniya yalnız 21 yanvar tarixindən etibarən əlavə edilən qəbzlərə aiddir.

Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə IBA Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud https://edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır.

Qeyd edək ki, bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar.

Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür.

Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər.

Kampaniya barədə daha ətraflı məlumatları buradan öyrənə bilərsiniz.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları www.ibar.az internet səhifəsindən, 44 filial və 32 şöbəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ