Azərbaycanda 2020-ci ildə 3 milyard 100,7 milyon manat dəyərində neft məhsulları istehsal olunub.
Xeberleragentliyi.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azdır.
Ölkədə 2020-ci il ərzində 1 milyon 166,7 min ton avtomobil benzini, 2 milyon 68,6 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 0,5 faiz artıb, dizel yanacağının istehsalı isə 0,6 faiz azalıb.
Eləcə də, neft məhsullarından neft bitumunun istehsalı 44,2 faiz, sürtkü yağlarının istehsalı 28,7 faiz artıb, ağ neftin istehsalı 24,7 faiz, neft koksunun istehsalı 17,4 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 39,3 faiz, yanacaq mazutunun istehsalı 51,4 faiz azalıb.