12 yanvar tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Qurumdan verilən məlumata əsasən, hərracda tələb 142,2 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib. Hərracda məzənnə 1 dollar üçün 1,7 manat müəyyən edilib.
Tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasında bildirilib ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib və bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib:
“Neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ ölkələrinin son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.
Eyni zamanda, son günlər bəzi internet səhifələrində guya banklarda qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlılığını iddia edən fikirlər də əsassızdır. Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə iki dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.
Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən bəri milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq”.