Sizin reklam burada
Sizin reklam burada

Həbs edilən “Azərxalça” sədrinin oğlu Səbail RPİ rəisi vəzifəsindən istefa verdi?

Həbs edilən “Azərxalça” sədrinin oğlu Səbail RPİ rəisi vəzifəsindən istefa verdi?
Ötən gün həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu tutduğu vəzifədən istefa verib.

Xeberlergentliyi.com MediaPost-a istinadən məlumatına görə, V.Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisi vəzifəsindən istefa verib. Onun işdən azad edilməsi ilə bağlı ərizəsini Daxili İşlər Naziri Vilayət Eyvazova təqdim etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hələlik bununla bağlı rəsmi bir məlumat yoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ