“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Dəyişikliyə əsasən, korrupsiyanın qarşısının alınması məqsədi ilə vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu barədə və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməlidirlər.
Dəyişiklikdən əvvəl isə vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə və şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməli idilər.