Sizin reklam burada
Sizin reklam burada

Qış tətili ləğv olunur? - RƏSMİ AÇIQLAMA

Qış tətili ləğv olunur? - RƏSMİ AÇIQLAMA


Ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkədə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti də tamamilə dayandırılıb. Bu səbəbdən məktəblərdə qış tətilinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrinə görə, qış tətilinin müddəti 27-31 yanvarda olur. Tədrisin birinci yarımili 15 sentyabr-26 yanvar, ikinci yarımili 1 fevral-14 iyun tarixlərini əhatə edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ