Sizin reklam burada
Sizin reklam burada

«Avtobusdan və qənaətcil avtomobillərdən istifadə edin» - HÖKUMƏTDƏN TÖVSİYƏ

«Avtobusdan və qənaətcil avtomobillərdən istifadə edin» - HÖKUMƏTDƏN TÖVSİYƏ


Azərbaycanda benzinin bahalaşması ictimai nəqliyyatdan və qənaətcil avtomobillərdən istifadəni həvəsləndirəcək.

Bu barədə Tarif Şurasının açıqlamasında bildirilir. Xatırladaq ki, Tarif Şurasının yanvarın 4-də verdiyi qəararla A-92 benzini və dizel yanacağının qiyməti artırılıb. benzinin qiyməti 90 qəpikdən 1 manata, dizel isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb.

Açıqlamada deyilir ki, Aİ-92 markalı benzin əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq: «Həmçinin bu artım ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaqdır».

Şuranın açıqlamasında bildirilir ki, bahalaşmadan əldə edilən vəsait əhalinin sosial dəstəyinə sərf ediləcək: «Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək».

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ