Sizin reklam burada
Sizin reklam burada

Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq

Ermənistan təşviş içində: Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaq
“Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”.

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.

“Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, - deyə o, əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ