Davamlı mübarizə aparan və həyatın xaosunda yaşamağa çalışanların səhərlər qəhvə içmək vərdişi ilə bağlı xəbərdarlıq edilib. Məlum olub ki, hər səhər qəhvə içmək vərdişi heç də faydalı deyil.
Qəhvənin insan orqanizminə təsiri ilə bağlı aparılan araşdırmalar, illərdir qəhvəni yanlış şəkildə istehlak etdiyimizi ortaya çıxarıb.
Məlum olub ki, günə daha enerjili başlamaq üçün çoxlarının səhər üstünlük verdiyi qəhvəni acqarına içmək olmaz. Çünki bu, insan orqanizminə faydadan çox zərər verir. Səhər acqarına istehlak edilən qəhvə orqanizmdə qan şəkəri səviyyəsində balanssızlığa səbəb olur. Bu, gün ərzində özünüzü zəif və yorğun hiss etməyinizlə nəticələnir.
Acqarına qəhvə içmək müvəqqəti olaraq yatmağınıza kömək etsə də, sizə enerji versə də, günün qalan hissəsində özünüzü daha yorğun və ləng hiss edəcəksiniz. Odur ki, səhər qəhvə toxqarına içilməlidir. Acqarına qəhvə içmək həm də mədə narahatlığına səbəb olur. Qəhvə turşu tərkibli bir içkidir və acqarına qəhvə içmək vərdiş halına gələndə bu, mədə turşusunun balanssızlaşmasına gətirib çıxarır.