Sizin reklam burada
Sizin reklam burada

Dekabrın 14-dən karantin rejimi sərtləşdirilir? - RƏSMİ AÇIQLAMA

Dekabrın 14-dən karantin rejimi sərtləşdirilir? - RƏSMİ AÇIQLAMA
Məlum olduğu kimi, son günlər Azərbaycanda COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayı ciddi şəkildə artıb. Bununla əlaqədar olaraq, karantin rejiminin sərtləşdiriləcəyi barədə cəmiyyətdə müzakirələr gedir. İnsanlar arasında dekabrın 14-dən başlayaraq karantin rejimin sərtləşdiriləcəyi, SMS icazə sisteminin yenidən aktivləşdiriləcəyi barədə söhbətlər dolaşır. Milli Məclisin deputatı Müşfiq Cəfərovun ölkəmizdə 2 həftəlik sərt karantin rejiminin tədbiqi barədə təklifindən sonra isə bu müzakirələr daha geniş vüsət alıb.

E-huqu.az məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. İ.Məmmədov açıqlamasında karantin rejimin sərtləşdiriləcəyi barədə hələlik hər hansı qərarın olmadığını bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ