Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.
Xeberleragentliyi.com xəbər verir ki, Unikal.org həmin zabitllərin kimliyini müəyyənləşdirib.
Məlum olub ki, general-mayor rütbəsi alan Ağamir Əzizxan oğlu Sultanov Raket Artileriya Qoşunlarının komandanıdır.
General-mayor rütbəsinə layiq görülən digər zabitlərdən Anar Təvəkkül oğlu Kərimov Mühəndis İstehkam Qoşunlarının komandanı, Namiq Sərəfruz oğlu İslamzadə Hərbi Hava Qüvvələrinin zabiti, Zaur Sabir oğlu Məmmədov Xüsusi Təyinatlı Qüvvələrin zabitidir.