Sizin reklam burada
Sizin reklam burada

Ağdam polisi Ağdam şəhərində və kəndlərində fəaliyyətini bərpa edib - AÇIQLAMA

Ağdam polisi Ağdam şəhərində və kəndlərində fəaliyyətini bərpa edib - AÇIQLAMA



Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib. Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ