Hazırda Rusiya ilə Türkiyə arasında monitorinq mərkəzinin təşkili ilə bağlı danışıqlar prosesi başa çatmaqdadır. Azərbaycanla razılaşdırılmaqla mərkəzin yeri müəyyənləşdirildi – Ağdam.
Xeberleragentliyi.com xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb. Məlumatda deyilir ki, “Ağdamdan bir qrup türk zabiti pilotsuz təyyarələrin köməyi ilə Rusiya, Azərbaycan və Türkiyənin üçtərəfli bəyannaməsinin şərtlərinin yerinə yetirilməsini izləyəcək. Monitorinq əsasən erməni əhalisinin yaşayış yerləri üzərində aparılacaq”.