Bakıda karantin qaydalarını pozaraq toy mərasimi keçirilib.
Xeberleragentliyi.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri "Siyaqut" şadlıq evində baş tutan toydan "İnstagram"da canlı yayım edildiyini yazıblar.
Canlı yayım açan şəxsə yazılan şərhlərdən bəllidir ki, hər kəs bu məsələnin yanlış olduğunu düşünüb.
"Şəhidimiz var, siz toy edirsiniz, ayıb olsun!" kimi fikirlər səsləndirilib.
Aldığımız məlumata görə, görüntülərlə bağlı Daxili İşlər Nazirliyi (DİN) araşdırmaya başlayıb. //redaktor.az