Sizin reklam burada
Sizin reklam burada

Biz Qalibik! Qaliblər mühakimə olunmur. Müsahibimiz Millət Vəkili professor Rüfət Quliyevdir.

Biz Qalibik! Qaliblər mühakimə olunmur. Müsahibimiz Millət Vəkili professor Rüfət Quliyevdir.

Rüfət müəllim, qalib xalqın millət vəkili, nümayəndəsi kimi qan bahasına qazanılan QƏLƏBƏ ilə bağlı sizin fikirləriniz maraqlı olardı.

-Müsahibənin mövzusu elədir ki, bu yöndə danışanda istər-istəməz adam qəhərlənir. Bu qəhər sevincdən, qürurdan doğan hissdir. İnanırsınızmı, 30 ilə yaxındır ki, mən belə sevinc hissi yaşamamışam. Möhtərəm Prezidentimizin yürütdüyü siyasətin ana xəttini Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Prezident İlham Əliyev istər yerli, istərsə də beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini dünyaya çatdırır. Ancaq biz görürük ki, bizim haqq-ədalət gözlədiyimiz dünya özü ədalətsizliyə qapılıb. Haqqın yox, nahaqqın yanındadır. ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT qətnamələrinin həlli istiqamətində heç bir addm ata bilmədi. Hər dəfə boş bəyanatlar, kağız üzərində icrasız qalaraq, ildən-ilə ötürülürdü. Bu isə belə davam edə bilməzdi. Cənab Prezidentimizin dediyi kimi Azərbaycan xalqının səbr kasası dolub daşırdı. Təbii ki, biz istəməzdik qan tökülsün. Sülh yolu ilə öz dədə-baba torpaqlarımızı geri istəyirdik. Düşmən öncə Tovuz istiqamətində həmlə etdi. Daha sonra isə davamlı olaraq işğal altında olan ərazilərdən açdığı atəşlər cavabsız qalmadı. Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində çətin və şərəfli QƏLƏBƏ qazandıq. Biz bunu gözləyirdik. Bu bizim haqqımız idi. Bizə bu haqqı verən, bizə bu qüruru yaşadan Ali Baş Komandan və Azərbaycanın Müzəffər Ordusunun hər bir üzvünə öz dərin təşəkkürümü bildirirəm. 44 günlük əməliyyatlar bir daha onu sübut etdi ki, Azərbaycan düşmənlə həm döyüş meydanında, həm də diplomatik arenada apardığı mübarizədə qalibdir. Bizdə güclü birlik var. Xalq-hakimiyyət birliyi olan yerdə bütün bağlı qapılar açılır.

Rüfət müəllim, QƏLƏBƏ asan əldə olunan nemət deyil. Bu gün qazanılan QƏLƏBƏni nəyə və kimə borcluyuq?

-Biz xalq olaraq, millət olaraq var olmamızı, 44 günlük şanlı zəfərimizi, əldə etdiyimiz uğurları ilk öncə cənab Prezident İlham Əliyevə borcluyuq. İlham Əliyev Azərbaycana rəhbərlik edəndən sonra Ordu Quruculuğu Azərbaycan hökumətinin prioritet sahələrdən birinə yox birincisinə çevrildi. Hər il dövlət büdcəsindən Ordumuzun təkmilləşdirilməsi üçün vəsait ayrılır. Təsadüfi deyil ki, Orduya ayrılan vəsait Ermənistanın büdcəsindən çoxdur. Və nəticə göz qabağındadır. Azərbaycan Ordusu bugün dünyanin ən güclü orduları arasındadır. Müasir döyüş silahları ilə təchiz olunub. Əsgər və zabitlərimizin təminatları yüksək səviyyədə təmin olunur. Eyni zamanda yüksək kadr hazırlığı, nizami ordunun formalaşdırılması bir başa cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Cənab Prezidentin dediyi kimi bizim düşmənimiz vandal düşməndir. Bu üzdən biz daim Ordu Quruculuğuna xüsusi diqqət yetirməliyik.  

-Ermənilər belə deyək də həmin ərazilərdən çıxarkən evləri, obkyektləri yandırırlar. Mən güman eləmirəm ki, orada nəsə qalsın. Onlar vandal kimi yandırıb, dağıdıb-töküb çıxıb getdilər. Bilmək istərdim ki, Ermənistanın Azərbaycana iqtisadi cəhətdən böyük ziyan vurubdur. Bu zərərəin aradan qaldırılması və bu zərərərin qarşılanması yolunda Azərbaycan nə kimi addım ata bilər?

- Əvvəla bildirim ki, ermənilərin işğal etdiyi ərazilərdə, konkret olaraq Kəlbəcərdə, Laçında törətdikləri yanğın hadisələri və digər terrorları biz dolğun şəkildə dünya ictimayyətinə çatdıra bildik. Onların təkcə indi yox, 1990-cı ildən üzü bu yana işğal nəticəsində bütün alınan ərazilər yandırılıbdır, dağıdılıbdır, heç bir quruculuq işləri aparılmayıbdır. Hazırına-nazir olublar və olanı da darmadağın ediblər. Bunun bir neçə səbəbləri var. Səbəbin birincisi Ermənistan dövlətinin siyasi mahiyyətindən doğur. Ermənistan dövləti dünyanın o dəvlətlərindəndir ki, bəlkə də belə bir dövlət heç yoxdur. Ermənistanda vandalizm və terror dövlət siyasətidir. Baxın 1905-1907-ci il, 1918-ci il, 1948-1956-cı il, 1988-ci il və ondan sonrakı baş verən hadisələr hamısı göstərir ki, Ermənistanda bu dövlət siyasətidir. Yəni dövlət siyasətin tərkibidir. Bu qədər qırğınları tək insan həyata keçirdə bilməz. Bunu bir tayfa da həyata keçirə bilməz. Bunun arxasında dövlət durur, dövlət bunu maliyyələşdirir, dövlət bunu silahlandırır və təbii ki, dövlət tərəfindən də tapşırıqlar verilir və bu tapşırıqlar da ermənilər tərəfindən çox həyasızcasına, ləyaqətsizcəsinə həyata keçirilib. Bu dövlətin siyasətidir. Ermənistan siyasətidir. Yəni bunu demək olmaz ki, Ermənistan rəhbərliyinin xəbəri yoxdur bu işlərdən. Bunları ermənilər edib. İkinci məqam mənəvi məqamdır. Ermənilər hazırına-nazir olublar, ermənilər o torpaqlarda, o evlərin tikintisinə, quraşdırılmasına, o meşələrin formalaşmasına, o infrastrukturun yaranmasına heç bir maliyyə xərcləməyiblər. Onu azərbaycanlılar ediblər. Yəni biz xatirimdədi Laçından, Şuşadan çıxanda evimizin qıfıllarını belə qapımıza bağlamadıq ki, erməni gələndə o qapıları qırmasın, evə rahat daxil olsun. Bizdə həmçinin ona görə elə etdik, evlərimizi yandırmadıq ki, bura bir gün qayıdacağıq. Bura bizim ata-baba torpağımızdır. O evlərin yaranmasında, formalaşmasında insanlar böyük zəhmət çəkiblər, vəsait toplayıblar, pul xərcləyiblər, çətinliklərdən çıxıblar. Eyni zamanda o evlərin böyük əksəriyyəti insanlara babalarından, atalarından, nəsillərdən qalmış miras kimi baxırlar və bizdə də mirası qorumaq məsələsi var. Onların bir mənəvi məsələsi var idi qarşıda. İnsanlar ona görə onları yandırmırdılar. Düzdür, təbii özgəsinindir və nə varsa yandırılmalıdır prinsipi ilə yaşamaq düzgün deyil. Amma biz nəzərə alsaq ki, burada bir erməni xisləti də var, ona görə ermənilərlə elə belə davranmalıdır, başqa cürə davranmalı deyil. Amma başqa bir üçüncü məqam ondan ibarətdir ki, ermənilər bilirdilər ora bir də qayıtmayacaqlar. Onlar bilir ki, Azərbaycan Ordusu möhtərəm cənab Prezidentimizin rəhbərliyilə onların başına elə bir yumruq vurub ki, hələ yaxın 30 ildə çətin ayılsınlar. Qayıtmayacaqlarına görə özlərinə qalmırsa, heç kimə qalmasın prinsipinə əsasən götürüb o torpaqları yandırırlar və çox təəssüflər olsun ki, bu günləri təkcə orda evlər yox, infrastrukturlar yox, eyni zamanda təbiətə böyük ziyan vururlar. Ekoloji ciyanətkarlıq törədilib. Sularımıza, torpaqlarımıza, meşələrimizə qarşı, eyni zamanda tarixi abidələrimizə qarşı onlar cinayət törədirlər. Bu istiqamətdə Cənab Prezident İlham Əliyevin tapşırığı var, komissiya işləyir. Və bunlar hamısı qiymətləndirilməlidir, qiymətləndiriləndə isə dünyada qiymətləndirilmənin metodologiyası var. O metodologiyadan istifadə olunacaq. O metodologiya ondan ibarətdir ki, birincisi – o ərazilər işğal olunan vaxtı dəymiş ziyan; ikincisi – o ərazilər işğal olunarkən insan faktrında yəni şəhidlərlə bağlı qiymət verilməsi, çünki burda insanların öldürülməsindən söhbət gedir; üçüncüsü – bu müharibə nəticəsində Azərbaycana dəymiş ziyan, hansı ki, əlillərlə bağlı, Azərbaycan dövlətinin büdcəsindən kifayət qədər bu əlillərin saxlanmasına, onların müalicəsinə, müavinətlərinə hər il kifayət qədər vəsait ayrılır; dördüncüsü -  bu ərazilərdə olan təbii sərvətlərin daşınması, yəni Kəlbəcərdə, Zəngilanda qızıl yataqları, Ağdərədə daş kömür yataqları, Laçında mişar daşı yataqlarının kəsilib aparılması, meşələrin qırılıb aparılması və eyni zamanda bu 30 il müddətində Azərbaycan tərəfindən hesablanmalıdır ki, indiyə qədər o torpaqlar bizdə olsaydı nə qədər mənfəət əldə edəcəydik. Yəni bütün bunlar toplanmalıdır və toplanacaq inşallah ki, qiymətləndiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq. Təbii ki, beynəlxalq təşkilatlar və beynəlxalq hüquq biz tərəfdədir. Beynəlxalq hüququn imkan verdiyi beynəlxalq məhkəmələr biz bunu sübut edəndən sonra təbii ki, biz Ermənistandan təzminat istiyə bilərik və istəniləcək. Ermənistan da bunun hansı formada ödənilməsindən asılı olmayaraq ödənilməlidir. Yəni ola bilsin bunun əvəzinə torpaq verəcək, vəsait verəcək və bu Ermənistanın məsələsidir. Bir də beynəlxalq hüquqda oxşar hallar var. Məsələn biz 1941-1945-ci illərdə məğlub tərəfi dünya yəhudilərinə qarşı ödədiyi vəsaiti bilirik. Biz Almaniya, Fransa 100 illik müharibəsindən sonra ödənilən təzminatı bilirik. Biz Yuqoslaviyada hadisələrdən sonra Bosniya-Hersoqovina ödənən təzminatları bilirik. Təbii ki, bütün bunlar bizdə beynəlxalq hüququn bir subyektiyik, o beynəlxalq hüququn tələb etdiyi sahələrdir. Mənə elə gəlir ki, biz buna da nail ola biləcəyik gələcəkdə

Son olaraq onu da qeyd edim ki, bütün hədəflərə yüksək səviyyədə nail olan Azərbaycan dövlətimizin qətiyyəti, Ordumuzun gücü, dövlət-xalq-ordu birliyi sayəsində ərazi bütövlüyünü də bərpa etdi, davamlı uğurlara geniş imkanlar açdı. Artıq işğaldan azad edilən torpaqlarımızın bərpa planına uyğun olaraq işlər yüksək səviyyədə  görülür, yol çəkilir. Soydaşlarımız  doğma yurd-yuvalarına  Qayıdışın tez bir zamanda reallaşacağından böyük sevinc hissi keçirirlər.  


Söhbətləşdi: Yusif Məhəmmədoğlu


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ