Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda komendant saatı nə zaman ləğv ediləcək?

Azərbaycanda komendant saatı nə zaman ləğv ediləcək?

Sentyabrın 27-dən Azərbaycan ordusu Ermənistanın bütün cəbhəboyu təxribatlarının qarşısının alınması məqsədi ilə əks-hücum əməliyyatına başlayıb. Hərbi vəziyyətlə əlaqədar sentyabrın 27-də saat 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunub. Qeyd edək ki, noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında döyüşlərin dayandırılması ilə bağlı 3 tərəfli bəyanat imzalanıb. Hərbi əməliyyatlar dayandırılıbsa, Azərbaycanda tədbiq edilən komendant saatı nə zaman ləğv ediləcək?

Bununla bağlı Sonxeber.az-a danışan Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, döyüşlər dayansa da, hərbi vəziyyətin davam etməsi, Ermənistan tərəfinin atacağı addımlar bəlli deyil:

"Ermənilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxması ilə bağlı hələlik bir yenilik yoxdur. Bu proses müəyyən müddətdən sonra bəlli olacaq. Yaxın 10-15 gündə prosesin gedişatı bilinəcək. Bu prezidetin səlahiyyətində olan məsələdir. Əgər Bakı və iri şəhərlərdə komendat saatı ləğv edilsə də, Qarabağda, əməliyyatların getdiyi bölgələrdə hərbi vəziyyətin aradan götürülməsi gözlənilmir. Orduya çağrılmış hərbi qulluqçularla bağlı vəziyyət hələ bəlli deyil. Çünki hələ döyüşlər dayandırılsa da, hərbi vəziyyət davam edir. Tam proses bitdikdən sonra bununla bağlı addım atılacaq. Bütün bu məsələlər ölkə başçısının səlahiyyətindədir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ