Azərbaycanın 2020-ci ilin sonunda neft və kondensat hasilatını artıracağı proqnozlaşdırılıb.
Xeberleragentliyi.com-ın ABŞ-ın Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, Azərbaycanın 2020-ci ilin IV rübündə, yəni, növbəti üç ay ərzində gündəlik neft və kondensat hasilatının orta hesabla 690 min barel olacağı gözlənilir.
Agentliyin hesabatına əsasən, 2020-ci ilin III rübündə bu göstərici orta hesabla 670 min barel olub. Belə ki, növbəti dövrdə Azərbaycanın müvafiq məhsullar üzrə istehsalatı artıracağı gözlənilir.
Qeyd edək ki, 2019-cu ilin IV rübündə Azərbaycanda gündəlik neft və kondensat hasilatı orta hesabla 760 min barel olub. Hazırkı göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə nisbətən azdır.
2020-ci ilin ümumi mənzərəsinə nəzər saldıqda isə gündəlik neft və kondensat hasilatı 710 min bareli təşkil edəcək. Bu göstərici 2019-cu ildə orta hesabla 780 min barel olub.