Sizin reklam burada
Sizin reklam burada

Aqrar Xidmətlər Agentliyi baytarlıq xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı planları açıqlayıb

Aqrar Xidmətlər Agentliyi baytarlıq xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı planları açıqlayıb

“Nazirlər Kabinetinin yeni qərarı ilə təsdiqlənmiş “Xüsusi təhlükəli heyvan
xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə
dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq
xidmətlərinin Siyahısı” heyvan sağlamlığı sahəsində xidmətlərin
təkmilləşdirilməsi məqsədilə atılan addımdır”.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin
(AXA) sədri Mirzə Əliyev deyib. AXA sədri qeyd edib ki, Azərbaycan
Respublikası Prezidentinin bu ilin aprelində imzaladığı “Baytarlıq sahəsində
həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında” Fərmanla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan baytarlıq
məntəqələrinin 2022-ci ilədək mərhələli şəkildə ləğvi nəzərdə tutulur. Yeni
qərar dövlət sifarişi əsasında özəl baytarlıq subyektlərinin (hüquqi və fiziki
şəxslərin) göstərəcəyi xidmətlərin siyahısını özündə birləşdirir.
“Dövlət xüsusi təhlükəli xəstəliklərlə mübarizə məsuliyyətini öz üzərində
saxlayır. Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarlar xüsusi
təhlükəli xəstəliklərin diaqnozu, profilaktikası və müalicəsini həyata
keçirəcəklər. Bu da həm sərbəst fəaliyyətə başlamış baytarların fəaliyyətinə
dəstək olacaq, həm də daha çox baytar mütəxəssislə işləməyə imkan
verdiyindən xidmətlərin keyfiyyətli icrasını təmin edəcək”, - deyə AXA sədri
vurğulayıb.
Mirzə Əliyev əlavə edib ki, növbəti addım olaraq AXA ilə baytarlıq subyektləri
arasında bağlanacaq müqavilənin nümunəsi təsdiqlənəcək. Bundan başqa,
baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd
Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) onların qeydiyyatını və müqavilə
üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin
edən Baytarlıq Xidmətləri Monitorinqi altsistemi formalaşdırılacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ