Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID-in dəstəyi ilə həssas ailələrə 7000 qutu humanitar yardım tədarük etdi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID-in dəstəyi ilə həssas ailələrə 7000 qutu humanitar yardım tədarük etdi


Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında işgüzar əməkdaşlıq layihəsi çərçivəsində, agentliyin dəstəyi ilə 7000 qutu ərzaq və gigiyena məhsulları cəmiyyətin yerli bölmələrinin vasitəsilə Bakı və regionlarda ən həssas və ehtiyaclı ailələrə paylanılacaqdır.

Bununla bağlı, Sentyabr ayının 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinə tərəfdaş olan “GrandMart” kampaniyasının mərkəzi anbarında hazırlanmış qutuların bölgələrə yola salınması təşkil edilmişdir. Tədbirdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Li Litzenberger iştirak etmişdir. “Qlobal Covid-19 pandemiyasının yaratdığı problemləri həll etməyə çalışdığımız müddətdə Amerika Birləşmiş Ştatları hökuməti Azərbaycan xalqını dəstəkləməyə davam edir. Biz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin USAID vasitəsi ilə Covid-19-la bağlı cavab səylərini dəstəkləməkdən qürur duyuruq”- deyə səfir Litzenberger qeyd etmişdir. Ümumilikdə, Amerika Birləşmiş Ştatları hökuməti pandemiyanın sağlamlığ və iqtisadi təsirlərinin idarə olunmasına kömək etmək üçün Azərbaycana 4.6 milyon dollardan çox vəsait ayırmışdır. Səfir qlobal səviyyədə ABŞ-ın pandemiya ilə mübarizə üçün 20,5 milyard dollar məbləğində yardım etdiyini söylədi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkədə könüllülük prinsipinə əsaslanan ən böyük təşkilatlardan biri kimi humanitar sahədə dövlətə köməkçi rolunu oynayır. Milli Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və bir sıra donor təşkilatların köməyi ilə əhalinin həssas qruplarına dəstək məqsədli müxtəlif layihələr həyata keçirir. Bu günə qədər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə daxilində təxminən 100.000 çox həssas insana ərzaq və qeyri-ərzaq məhsulları təqdim etmişdir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID-in dəstəyi ilə həssas ailələrə 7000 qutu humanitar yardım tədarük etdi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID-in dəstəyi ilə həssas ailələrə 7000 qutu humanitar yardım tədarük etdi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID-in dəstəyi ilə həssas ailələrə 7000 qutu humanitar yardım tədarük etdi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID-in dəstəyi ilə həssas ailələrə 7000 qutu humanitar yardım tədarük etdi
Azərbaycan Qızıl Aypara Cəmiyyəti USAID-in dəstəyi ilə həssas ailələrə 7000 qutu humanitar yardım tədarük etdi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ