ABŞ neft sənayesinin və xam neft hasilatının göstəricisi olan neft qazma qurğularının sayını azaldıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Beyker Hyuz” şirkəti yayıb. Məlumata görə, ABŞ-ın neft qazma qurğularının sayı ötən həftə ilə müqayisədə 1 ədəd azalaraq, 180 ədəd olub.
Həmçinin o da qeyd edilib ki, 18 həftəlik azalmadan sonra ilk dəfə 2 həftə əvvəl ABŞ neft qazma qurğularının sayını 1 ədəd artırmışdı.