“Toy sektorundan yalnız musiqiçilər qazanmır, ay dayazlar. Bu sektor mağazalar, gözəllik salonları, gül-dekor xidməti, aşpazlar, fotoqraf-videooperatorlar, xidmət sektoru, təmir, avtomobil icarəsi, dərzilər, geyim butikləri, zinət əşyaları satışı, elektronika malları, ev kirayəsi, daşınmaz əmlak satışı da daxil olmaqla, böyük bir sahəni işlə təmin edən sahədir”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb.
Sənətçi toy və el məclislərinin dayandırılmasından söz açaraq, təkcə şou əhlinə deyil, eləcə də bir çox sahələrə maddi cəhətdən böyük zərbə vurulduğunu bildirib:
“Hər müğənninin 10-15 nəfər sənətçidən ibarət musiqiçi heyəti olur. Müğənnilərin sayəsində ölkədə bütün audio-video istehsalat işçiləri, lap elə media dolanır. Xadiməsini, ofisiantını, taksisini demirəm... Ay dərdə sevinən bədniyyət tayfa, nədir bu qədər ailə başçısının işsizliyinə sevinmək, nədir bu ibnəlik?!”
Qeyd edək ki, ötən gün yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilsə də, toy məclislərinin təşkilinə qadağa qüvvədə qalıb.