Dövlət büdcəsindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, dövlət ümumtəhsil müəssisələrinin buraxılış və monitorinq imtahanlarının təşkili və keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatda bildirilib.
Qeyd olunub ki, həmin imtahanların keçirilməsi üçün Dövlət İmtahan Mərkəzinə səkkiz milyon manat vəsait ayrılıb. Bu rəqəm 2018-ci il üzrə analoji göstəricidən üç milyon manat çoxdur.