Sizin reklam burada
Sizin reklam burada

Nazirin olmayan xalası oğlu haqda Bəxtiyar balladası

Nazirin olmayan xalası oğlu haqda Bəxtiyar balladası
Sənan Nəcəfov

Belə bir halı göz önünə gətirin. Bir yoldaşınız var və yalana çox meyillidir, dayanmadan sizə yalan danışır. Siz isə danışılanların çoxunun yalan olduğunu bilirsiniz, fəqət yoldaşınızı dinləyir və onunla əlaqələri kəsmirsiniz. Bəzən onun dedikləri o qədər inandırıcı gəlir və ya doğruluğuna o qədər inanmaq istəyirsiniz ki, bu yalanın yayılmasına müqavimət göstərməyə halınız və ya həvəsiniz olmur.
Faşist Almaniyasının Təbliğat naziri Joseph Gebbels “Yetərincə böyük yalan danışarsınızsa və təkrar edərsənizsə, sonda insanlar buna inanmağa başlarlar” deyir. Bu, böyük Yalan Nəzəriyyəsinin əsas prinsipidir.
Sizə zarafat gəlməsin. Bu deyilənləri reallaşdırmaq üçün üçüncü dünya ölkələrində “demokratik institutlar formalaşdırmaq” adı altında “muzdur”lar yetişdirirlər. Media, sosial şəbəkələr vasitəsilə kütləvi “beyin yuyulması” aparılır, faktiki psixoloji müharibə gedir. Ölkə rəhbərinin gördüyü işlər davamlı tənqid olunur, xalq arasında inamsızlıq mühiti yaradılır, insanlar fərqli fikirlilərə “düşmən” kimi baxırlar, dəyərlərimiz, müqəddəs bildiklərimiz aşağılanır, gözdən salınır, ənənələrimizə nifrət aşılanır.
Bunun üçün informasiyalar, məlumatlar diqqətlə seçilir, istəklərinə, məqsədlərinə uyğun rekonstruksiya olunur və müxtəlif kanallarla (şayiə, sosial şəbəkələr, satqın media) kütləyə yeridilir. Təkrar-təkrar! Fasilə vermədən! Dezinformasiya axını o qədər güclü olur ki, yalanı doğrudan ayırd edənədək zaman itiririk. Doğrudur, yalan xəbərdən heç kim sığortalanmayıb. Bəli, bir xəbərin yalan olduğu dəqiqələr içində bəlli edilir. Lakin, diqqət yetirin, bir xəbərin yalan olduğunun yayılma sürəti, yalanın özü qədər sürətlə yayılmır.

Yəqin ki, sizlər də bu halla rastlaşmısınız: oxuduğunuz məqalə marağınızı cəlb edir və ilk anlarda heyrətlənirsiniz. Bir neçə həftədən sonra həmin hissin nə ilə bağlı olduğunu izah edə bilmirsiniz və az keçmir ki, tamam yaddan çıxardırsınız.

Qəribəsi budur ki, təbliğatla bağlı məsələdə hadisələr eynilə təkrarlanır, sadəcə əks istiqamətdə. Yəni, kiməsə təbliğat vasitəsilə təsir etdikdə onun marağı zaman keçdikcə zəifləmək əvəzinə, getdikcə artır. Səbəb? Amerika hərbi nazirliyinin araşdırmaçısı, psixoloq Karl Hovland bu fenomeni “sleeper effect”, yəni “yatan adam effekti” adlandırır. Bunu belə izah edirlər: hər hansı təbliğat işi dövriyyəyə buraxılanda mənbə haqda məlumat tez yaddan çıxdığı halda, söylənilən faktlar və arqumentlər əksinə yaddaşda uzunmüddətli qalır. Başqa sözlə, beyin məlumatın haradan gəldiyini yadda saxlamır, amma məlumatı, faktları yaddaşa uzunmüddətli köçürür. Bu belə.

***

Prezident İlham Əliyev apardığı köklü islahatlar ölkənin siyasi və ictimai həyatının bütün sahələrini əhatə edir və kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Aparılan islahatların əsas qayəsi isə dövlət hakimiyyəti orqanlarının fəaliyyətini müasir dövrün çağırışları səviyyəsində qurmaq, yeni yanaşma, müasir şəraitə tab gətirən, çevik uyğunlaşan model qurmaqdır. Cənab Prezidentin dediyi kimi, bu islahatlar ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirir və islahatlarsız tərəqqi də mümkün deyil və həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir.

Kadr islahatlarının davam etdiriləcəyini söyləyən Prezident bildirib ki, məhz bu islahatlar peşəkar, savadlı gənc kadrların müxtəlif vəzifələrə təyin edilməsi ilə nəticələnib: "Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, eləcə də beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksəkkeyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, həm də parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər”.

Bildiyimiz kimi, 13 may 2020-ci il tarixində Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb. Elnur Aydın oğlu Əliyev İqtisadiyyat nazirinin müavini, Nəzərli Orxan Faiq oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, Samirə Fəxrəddin qızı Musayeva və Vəliyev İlkin Etibar oğlu da Dövlət Vergi Xidmətinin rəis müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, Yusubov Elçin Mustafa oğlu, Şahbazov Rüstəm Adıgözəl oğlu və Cəlilov Rafiq Əsgər oğlu da Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifələrinə təyin ediliblər.

Qeyd edilən şəxslər artıq işlərinin başındadılar və onlara verilən tapşırıqları yerinə yetirmək üçün fəaliyyətə başlayıblar. Və paralel olaraq haqlarında hədyanlar, yalan informasiyalar, ictimai fikri çaşdıran xəbərlərin yayılmasına da start verilib.

Bununla bağlı bir faktı qeyd edək. İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunan Elnur Əliyev əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb.

İndi gələk fakta. Sizə kimdən deyək, kimdən söz açaq, Harvard məzunu, özünəvurğunluğun unikal etalonu olan, mikro Saakaşvili (özünü belə adlandırır) Bəxtiyar Hacıyevdən. Son dövrlərdə fəaliyyətindəki (sosial şəbəkədən kənar hansısa daşı daş üstünə qoyduğunu, hansısa xeyirli işin altına girdiyini görməmişik) diametral cığallıqla diqqət cəlb edən icra hakimiyyətinin başçısı vəzifəsindən rədd edilən Vilyam Hacıyevin qohumunun bu dəfə necə qərəzli, yalan məlumatla fikir çaşdıran, faktı inkar edən, deyilənləri qulaq ardına vuran və öz aləmində qisasçı biri olduğunu müşahidə etdik.

Demək Amerikada təhsil almasını dəqiqəbaşı gözə daxil edən mikro-saakaşvili status yazıb ki, Elnur Əliyev Mikayıl Cabbarovun xalası oğludur və elə buna görə vəzifəyə təyin olunub. Beləliklə, böyük yalanın kütləyə mənimsədilməsi üçün ilk addım atılıb.

Belə çıxır ki, Bəxtiyar Hacıyevin hüquqi savadı yoxdur, nə qanun oxuyur, nə maddə, yazdıqları da yalandan başqa bir şey deyil. Oxusaydı bilərdi ki, vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun var.

Bundan başqa, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda qeyd olunur ki, “Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə, qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu forma çalışması qəti qadağan və yolverilməzdir. Vilyamın qohumunun savadı olsaydı bunu bilərdi ki, azından bu qanun və maddələr belə bir təyinatın mümkünlüyünü heçə endirər. Yəni, dövlət facebookda status yazmaq, layihə idarə etmək, təlim keçmək, Harvardı oxuyub xaricdə təhsil şirkəti yaratmaq qədər sadə deyil, burada bir çox kompanentlər uzlaşdırılır, ölçülüb-biçilir, məntiqli qərar verilir.

Bu bir tərəfi. Digər tərəfdən, onun statusuna yazılan şərhlərdən belə bəlli olur ki, ümumiyyətlə, nazir Cabbarovun xalası yoxdur. Bax, burada facebook smaylikinin yeridir.
Adam qərəzlidir. Vilyamın qohumunun statusunda 70 şərhin 50-ində deyilir ki, xalaoğlu deyillər. Bu isə dediyindən əl çəkmir. Bilirsiniz niyə? Elə həmin şərhlərdən birində özü aydınlıq gətirir. Demək bir nəfər yazıb ki, “Ancaq sənin mandatının Nigar xanıma verilməsi onun işi deyildi:)”. Bu cavab verir ki, yox e, onun işi idi. İndi Vilyamın qohumunun düşüncəsində yalnız bir məsələ var: seçkidə məğlub olmasının günahını kimin üstünə atsın? Bunu sübut etmək üçün isə belə nağılları ictimai rəyə sırımaq lazımdır. Yəni, baxın görün sizdən necə “əxlaq”la qisas alıram.

Adam ədalətsiz imiş. Təkrar edirəm həmin statusda heç yox 50 şərh Elnur Əliyevin qohum olmaması bir tərəfə, necə insan, kadr olduğunu deməsinə baxmayaraq, Vilyamın qohumu dediyindən dönmür. Özünə hörmət edən, qərəzi oilmayan istənilən normal sosial şəbəkə istifadəçisi bu qədər arqumentin qarşısında ən minimum halda statusu silər, daha böyük ürək və mədəniyyət sahibləri isə rəsmi üzr istəyərdi. Bunu görmədik. Və bu adam işdən qovulan icra başçısının onunla qohum olmasına işarə vurulanda cırnayır, əsəbiləşir və hətta hirslənib status da yazır. Bu adamla bağlı Zimbardo effekti adlı bir yazı yazmışdım. O effektə görə heç bir vəzifəsi, işi-gücü olmayan insanlara hər hansı imkan-şans verilərkən içindəki şeytan oyanır və həmin təcrübədə olan şəxs tamam başqalaşır. Dediyim odur ki, qərəzli, ədalətsiz və yalançı birinə Allah etməsin vəzifə, şans və imkan verilərsə nələr edər, nələr, Allah üzümüzə baxıb.

Nəhayət, sonuncu məqam. Elnur Əliyev BDU-nu yüksək qiymətlərlə bitirib, xaricdə təhsil alıb, uzun müddətdir dövlət işində çalışır, BDU-da ingilis dilli qrupa dərs deyir, müəllim yoldaşları, tələbələri ağız-dolusu danışırlar. Bəs belə tərcümeyi-hal sahibinə qarşı nə desinlər və ümumiyyətlə uğurlu, müasir düşüncəli, yeni dövrlə ayaqlaşan kadrların təyinatını necə gözdən salsınlar? Axı, komanda yenilənir, Cənab prezidentin dediyi kimi, yüksəkkeyfiyyətli təhsil almış gənc kadrlar bütün spektrlərdə təmsil olunması ali rəhbərliyin şüurlu seçimidir, deməyə, tənqid etməyə nə söz qalır ki? Yalnız “filankəs filankəsin xalasıoğludur” bəhanəsi? Xeyr! Burada kiçik bir nüans var.

İnformasiya müharibəsində bir çox prinsiplər var ki, mütləq qorunmalıdır, əks halda rəqibə təsir etmək mümkün deyil. Bura siyasi müxalifəti, dissidentləri, marqinalları, etnik, dini və digər fərqlilikləri dəstəkləməkdən tutmuş, ölkə rəhbərliyinə, Polis və Orduya inamı azaltmaq, bu təbəqəni xalq əlehinə işləməkdə qınamaq, milli məsələlərin həllində bacarıqsızlıqlarını göstərmək, dövlətin iqtisadi və siyasi stabilliyinə inamı azaltmaq, kütlə düşüncəsinə süstlük, inamsızlıq, ruhsuzluq, solğun əhval-ruhyyə yeritmək, Ordunun döyüş qabiliyyətini aşağılamaq, döyüş texnikalarımızın nasazlığını qabartmaq, rəqib ordusu haqda təriflər yağdırmaq və s. aiddir. Bu təsir mexanizmlərinin işlək olması üçün bir çox variantlar var. Bunlardan biri də gəncliyin mənəvi-psixoloji dayanıqlığını sarsıtmaq, düşünməyə imkan verməmək, hərbi xidmətdən yayınmanı stimullaşdırmaq, fərariliyə çağırış, dövlətə və vətənə xəyanəti “qəhrəmanlıq” kimi qələmə vermək, dövətin ali rəhbərliyi tərəfindən təyin olunan kadrları maksimum dərəcədə gözdən salmaqdır. Təkrar edirik, kimliyindən, təhsilindən, savadından, bacarığından asılı olmayaraq bütün təyinatları lağ-lağıya çevirmək, haqqında yalan uydurmaq, kütlənin gözündən salmaq.

Bunun üçün metodlar çoxdur. Ən sadəsini Bəxiyar Hacıyevin repertuarında gördük. Adam hətta reket medianın təsdiqini tapmayan məlumatlarına da istinad edir. Təki bunun yalanla dəmlənmiş aşını yeyən olsun. Meydan TV dərhal reaksiya verdi, yalanın tirajlanmasına şərik oldu, sonra Sevinc Osmanqızı da qoşuldu. Gözəl Azərbaycan filmində deyildiyi kimi qaldı anbardar Məmmədxan.
Bəs, Böyük Yalan nəzəriyyəsində nə deyilirdi?

Bir rəqib (düşmən) obrazı formalaşdırın, hücuma keçin
Söylədiyiniz yalan nə qədər böyük olarsa o qədər təsirli olar, kütlə böyük yalanlara kiçik yalanlara nisbətən daha çox inanar.

Səhv etdiyinizi, yalnış yolda olduğunuzu əsla qəbul etməyin.
Yalan söyləyin mütləq inanan tapılacaq.
Qəbahət və günahı əsla boynunuza götürməyin.
Özünüzü müdafiə etməkdənsə, qarşı tərəfi buna məcbur edin, şər atın, özünü müdafiə etsə də, ləkə qalacaq
Əsas aydınlar, ziyalılar deyil, kütləni hədəfə alın, onları aldatmaq asandır.

Əgər Harvardda bu prinsipləri belə ustalıqla həyata keçirməyi öyrədirlərsə, demək “yaxşı” təhsil verilir, ora verilən külli miqdarda pul “halalları” olsun. Bu da sənə Harvard təhsili.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ