İşgüzar fəaliyyəti ilə yerli sakinlərə göstərdiyi diqqət və qayğı artdıqca, hər kəsin Arif Seyidov qarşı münasibəti də artmaqda davam edir
Bugünkü yaşadığımız cəmiyyət hər kəs üçündür, ona görə də, gənclər, orta nəslin nümayəndələri, ahıllar və digər yaş həddində olanlar, ictimai həyatımızda baş verən inkişaf proseslərində yaxından iştirak etməlidirlər. Belə bir proseslərdə yaşlıların həyat təcrübəsindən, onların bilik və bacarıqlarından bəhrələnmək, nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək və s. kimi addımları atmaq olduqca əhəmiyyət kəsb edir. Onu da bildirək ki, qədim zamanlardan ağsaqqallar, ahıl insanlar yaşadıqları cəmiyyətin ən hörmətli və müdrik insanları hesab olunmuşlar. Onlara cavanlar, böyüklər hər zaman hörmətlə yanaşıb, fikirləri ilə də hesablaşıblar. Qocaların sərvəti onların həyat təcrübəsindədir və onlara qulaq asıb dediklərinə əməl etməklə, məhz bu sərvətə sahib olmaq mümkündür.
Hər kəsə bəllidir ki, mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında əsasını müəyyən etdiyi sosial-iqtisadi islahatlar, bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Atılan addımların nəticəsidir ki, hal-hazırda ölkəmizin bütün sahələrində sürətli sosial-iqtisadi inkişafa və digər uğurlara nail olunmuşdur. Yəni, ötən illər ərzində Azərbaycan özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa imza atmışdır. Fakt budur ki, ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, digər yaşayış məntəqələrində sürətli inkişaf prosesi və s. bu gün də özünü göstərməkdədir. Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Arif Seyidov üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən Rayon sakinlərinin rəğbət hissini qazanan Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir. Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Arif Seyidov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Arif müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Arif Seyidov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.Hər kəsə bəllidir ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Arif Seyidov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Arif Seyidov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.O da hər kəsə bəllidir ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Arif Seyidovun hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir Arif Seyidov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Arif Seyidov əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.Müstəqillik qazandıqdan sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Belə insanlardandır. Arif Seyidov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Arif Seyidov həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq , fəxr etmişik. Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov belə insanlardandır.Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır. Göygöl rayon İcra Hakimiyyətində böyük islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.
KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov camaatı tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Milli Məclisin deputatı İqbal Məmmədovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif SeyidovUN nüfuzdan salmağa çalışırlar. Göygöl rayon İcra Hakimiyyətinin başçısı barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən həqiqətdən uzaq yazını görəndə istədim ki, ona cavab verim.Məlumdur ki, son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Arif Seyidovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər
Arif Seyidov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Arif Seyidovu heç vaxt əqidəsindən döndərə bilməz.
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTER YAZILARDAN ƏL ÇƏKİN.......
P.S. Xeberleragentliyi.com olaraq bəzilərinin diqqətinə çatdırır ki, Arif Seyidovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Arif Seyidovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.