Təəssüf hissi ilə qeyd edək ki, biz 28 ildir Şuşanı itirmişik. Bədnam qonşularımız 28 ildir ki, bizi Şuşasız qoyublar. Biz tək Şuşanı yox, həmçinin onun təbii ehtiyatlarını, füsinkar təbiətini, təbii-tarixi abidələrini, özünəməxsus mədəniyyətini, Üzeyir bəyin bizə əmanət etdiyi müsiqinin beşiyini itirdik. Biz itirdiyimizi qaytarmaq üçün nə etməliyik? İlk növbədə onu qəlbimizdə yaşatmalı, indiki gənclərdə sevgi ilə Şuşanı qaytarmaq hissi oyatmalıyıq. Bizdən sonrakı nəsillərə Şuşanı elə anlatmalıyıq ki, onlar hər zaman Şuşanı düşməndən azad edildikdən sonra göz bəbəkləri kimi qorusunlar. Bir daha Şuşanı itirməsinlər və bizim etdiyimiz səhvi etməsinlər. Şuşanın kurort-rekreasiya potensialını qiymətləndirmək məqsədilə bəzi məqamları nəzərdən keçirək.
Şuşa Kiçik Qafqaz dağlarının Şərq yamacında dağlıq ərazidə yerləşir. Respublika tabeli şəhər eyni adlı rayon mərkəzi olan Şuşa özünə məxsus unikal relyefə malikdir. Böyük Kirs dağı (2725m) ən hündür zirvəsidir. Burada olan Qarabağ, Qızıl - Qaya, Çaxmaq və Bağırxan silsilələri şəhəri təbii qala kimi əhatələyib. Şəhərin kənarında dərin Daşaltı dərəsi, onu yaxınlığıda isə Cıdır düzü yerləşir. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" 1992-ci ildə ermənilər tərəfindən şəhərin işğalı zamanı dağıdılıb. Faydalı qazıntılardan mərmər, əhəng daşları, gillər, müxtəlif növ tikinti materialları yataqları və Turşsu, Şırlan mineral su bulaqları var.
İqlimi dağətəyi və alçaq dağlıq ərazilərdə mülayim isti iqlim tipinin qışı quru keçən yarımtipi, orta və yüksək dağlıq hissələrində isə soyuq iqlimin qışı quru keçən yarımtipi hakimdir. Qış aylarında orta aylıq temperatur -50 C endiyi halda, yay aylarında orta aylıq temperatur +200 C kimi qalxır. İllik yağıntıların miqdarı 700-800 mm təşkil edir. Günəşli günlərin sayı (2000-2200 saat/il) və Günəş radiasiyası (110-120 kkal/sm2/il) orta dağlıq və dağətəyi ərazilərə uyğun gəlir. Temperatur və yağıntıların miqdarına görə ərazini rütubətli hesab etmək olar. Bu ərazidə tütün, taxıl, kartof, üzüm və meyvə becərilməsi üçün aqroiqlim ehtiyatları vardır. Daxili sularından burada Köndələnçayın, Qarqarçayın, İsxançayın və onların xırda qollarının axdığını görmək olar.
Landşaftları göz oxşayır. Şəhərdə Şuşa vələsi və Qafqaz qaş səhləbi və ya Xarıbülbülə rast gəlmək olar. Xarıbülbül başqa heç bir təbii ərazilərdə rast gəlinmir. Hətta buradan aparılıb başqa ərazidə əkilsə belə bitmir. Rayonun ərazisində mövcud olan təbii ərazi kompleksi kimi kəskin parçalanmış orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-kolluq və intensiv parçalanmış yüksək dağların alp, subalp çəmənlikləri və çəmən-çöl landşaftlarına rast gəlinir. Burada əsasən qəhvəyi dağ-meşə və dağ-çəmən torpaqlarıdır. Fiziki-coğrafi baxımdan Dağlıq Qarabağ fiziki-coğrafi rayonuna daxildir.
İnzibati ərazi baxımından Şuşa həm respublika tabeli şəhər, o cümlədən eyni adlı inzibati rayonun mərkəzidir. Şuşada "Bazarbaşı" deyilən yerdən Şeytanbazara qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırdı. Rastabazarın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi.
Əhalisi 1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi. 1989 - cu ilin statistikasına nəzər salsaq əhalinin 98 % -i azərbaycanlılardan ibarət idi. 2000-ci ildən sonra burada Azərbaycandan köçmüş ermənilər yaşayır.
İqtisadiyyatına gəldikdə isə heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektar təşkil edirdi (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlar idi. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41%-ə dənli və dənli–paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6%-ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara-mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu. Qarabağ müharibəsindən əvvəl Şuşada şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon istehlak cəmiyyəti, kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon maddi-texniki təchizat bazası, abidələri bərpa idarəsi, Şuşa tikinti birliyi, təsərrüfatlar arası tikinti idarəsi, təmir tikinti idarəsi, təsərrüfatlar arası təmir tikinti müəssisəsi, yol istismar idarəsi və s. var idi. Kurort təsərrüfatı inkişaf etmişdi.
Şuşanın işğalından əvvəl şəhərin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir. 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi. Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km aralıda - Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi. Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə "Şəmilin bağı" da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.
Qeyd olunanları gözdən keçirərkən həqiqətən Şuşanın turizm potensialının böyük olduğunu görürük. Lakin, biz bu turizm potensialından istifadə edə bilmirik. Turzmin xarici ölkələrə nə qədər gəlir gətirdiyinə nəzər saldıqda, Tuşsu və Şırlan kimi mineral bulaqlara, göz oxşayan təbiətə və antropogen tikili tarixi abidələrə məxsus olan Şuşa bu gün Dünya turizminin bir hissəsi ola bilərdi. Burada yaradılan sanatoriyalar dünya miqyaslı turları qəbul etməyə hazır olmalı idi. Lakin, Şuşa Dünya şöhrətli Karlovı-Varı mineral bulağı kimi məşhur olmağa layiq olsa da, bu gün ondan bədnam qonşularımız istifadə edir. Şuşanın tarixi abidələrini, təbii rekreasiyasını, milli mənəvi irsimizi məhv edir, öz adlarına çıxarırlar. Biz Şuşanın qeyd olunan turizm rekreasiya ehtiyatları ilə yanaşı özünəməxsusluğu ilə seçilən mədəniyyətini və musiqi məktəbini Dünyada təbliğ etməklə hər il yüzlərlə turistin bura gəlməsinə nail ola bilərdik. Bu isə həm də Azərbaycan turizminin inkişafı demək idi. Müqayisə üçün qeyd edim ki, Şuşa şəhərindən dəfələrlə kiçik olan bəzi Avropa ölkələri öz iqtisadiyyatlarını turizm üzərində qurublar. Biz də Şuşada Dünya miqyaslı musiqi festivallarını keçirə, mineral sularını bura istirahətə gələn turistlərə təqdim edə bilərdik. Həmçinin fəaliyyət göstərən kinoteatrlar, rəsm qalerayaları, klublar, mədəniyyət evlərinin bir qismi turistlərə pullu xidmət göstərməklə ailə büdcələrinə əlavə vəsait cəlb edə bilirdilər. Dünya üzrə məşhur Qarabağ atlarını nümayiş etdirmək, Cıdır düzündə at yarışlarını təşkil etməklə də turizmdən gələn gəliri artıra bilərdik.
İnanıram ki, hazırkı gənclik və yetişməkdə olan gələcək Azərbaycan gəncliyi işğal olunmuş torpaqları azad etmək ruhunda yetişir. Biz xalq olaraq, millət olaraq, dövlət olaraq həmişə sülhün tərəfində olmuşuq. Əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunmasa, əlbəttə dövlətimizin və milli ruhda böyüyən gənclik müharibə yolu ilə öz ata-baba torpaqlarımızı işğaldan azad edəcək. O gün çox yaxındadır.
ADPU Quba filialı “Təbiət fənləri
və onun tədrisi metodikası kafedrası”
b/m Əhmədov Elbrus Həmid oğlu