Sizin reklam burada
Sizin reklam burada

Almaniyada “mühacir alveri”nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək

Almaniyada “mühacir alveri”nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək


Almaniyada saxta sənədlə qaçqın statusu alan azərbaycanlı “mühacir alveri” qurbanlarının işinə yenidən baxılır.

Report-un məlumatına görə, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) iddiası ilə ilk məhkəmə prosesi Bonn Şəhər İdarə Məhkəməsində keçirilib.

2015-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən beş nəfərdən ibarət azərbaycanlı ailəyə verilmiş qaçqın statusu ləğv edilib.


BAMF azərbaycanlı ailə ilə bağlı verdiyi qərarda göstərib ki, sığınacaq ərizəsində qeyd edilən sübutlar həqiqəti əks etdirmir. Məhkəmə araşdırması zamanı məlum olub ki, Almaniyaya gəlməmişdən qabaq onlar Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmayıb, təzyiq və təqibə məruz qalmayıblar.

Onlar Almaniyaya gələndən sonra guya təzyiq və təqib olunmaları ilə bağlı saxta sənədləri hazırda “mühacir alveri” işi ilə bağlı saxlanılan Azərbaycan vətəndaşından pul qarşılığında alıblar.

Federal məhkəmə təqdim olunan bütün sənədləri araşdırdıqdan sonra azərbaycanlı ailənin qaçqın statusunun ləğvi və ölkədən çıxarılması ilə bağlı qərar verib.

Almaniya koronavirus pandemiyası səbəbindən sığınacaq axtaranların deportasiyası ilə bağlı prosedurları həyata keçirə bilmədiyindən, azərbaycanlı ailənin ölkədən çıxarılması qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrında Almaniyanın altı əyalətində aralarında Azərbaycan vətəndaşlarının da olduğu “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlarla bağlı məhkəmə prosesi hələ də davam edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ