Sizin reklam burada
Sizin reklam burada

Beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi

Suriya və İraqın təhlükəsizlik qurumlarının birgə keçirdiyi əməliyyat nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, şəbəkə üzvləri saxlanılıb.
Bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Homs və Deyr əz-Zor vilayətlərində eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 800 min ədəd kaptaqon həbi və 60 kiloqram həşiş müsadirə olunub.
Həmçinin doqquz iri narkotik alverçisinin daxil olduğu beynəlxalq şəbəkə dağıdılıb və 200 kiloqram müxtəlif növ narkotik maddə ələ keçirilib.
Əməliyyat iki ölkə arasında yüksək səviyyəli koordinasiya və kəşfiyyat əməkdaşlığı nəticəsində həyata keçirilib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ