Hindistanda “Telegram” messencerinə 22 iyun tarixinədək müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, qərar “suverenliyin qorunması” ilə bağlı qanun çərçivəsində qəbul olunub.
Rəsmilərin məlumatına görə, “Telegram” platforması tibb kolleclərinə qəbul üçün keçirilən NEET imtahanına hazırlaşan abituriyentləri aldatmaq məqsədilə istifadə olunub.
Bildirilib ki, NEET Hindistanda ən mühüm qəbul imtahanlarından biridir. 2026-cı ildə 3 mayda keçirilən imtahanda təxminən 2,28 milyon nəfər iştirak edib. İmtahandan əvvəl sualların sızdırılması ilə bağlı iddialar isə ölkədə ciddi narazılıq və etirazlara səbəb olub.
Bundan sonra Milli Test Agentliyi imtahan nəticələrini etibarsız elan edib və yenidən imtahanın 22 iyunda keçiriləcəyini açıqlayıb.
