Sizin reklam burada
Sizin reklam burada

Əlməmməd Nuriyev: “Məhbuslar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb”

Əlməmməd Nuriyev: “Məhbuslar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb”


Koronavirusla mübarizə çərçivəsində bütün cəzaçəkmə müəssisələrində monitorinqlər aparılıb. Məhbuslar arasında koronavirusa yoluxma halı aşkarlanmayıb.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev məlumat verib.

O bildirib ki, Ədliyyə Nazirliyində koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Monitorinq Qrupu yaradılıb. Monitorinq çərçivəsində koronavirus infeksiyası ilə bağlı testlər aparılıb:

“Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Mövcud vəziyyətlə bağlı cəzaçəkmə müəssisələrində məhkumlarla görüşlər əvvəlcə məhdudlaşdırıldı, daha sonra tam şəkildə dayandırıldı. Məqsəd məhkumların sağlamlığını qorumaqdır. Onların ailələri ilə telefon əlaqələri yaratmalarına məhdudiyyət yoxdur.

Bu günə qədər məhkumlar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Ə.Nuriyev onu da əlavə edib ki, monitorinq qrupları tərəfindən məhkumlara verilən ərzağın keyfiyyətinin monitorinqi mütəmadi olaraq aparılıb:

“Müəssisələrdə sanitar-gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaq gətirilməsi dayandırılıb. Mütəmadi olaraq müəssisələrdəki vəziyyət barədə məlumat alınır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ