Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda dollar satışı dayandırılıb. Anews.az hansı banklarda hal-hazırda dolların satılıb-satılmadığını araşdırdı və təqdim edirik.
Kapital bank – dollar bu gün 1.7020 satılır. 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir.Hüquqi şəxlər və sahibkarlara xaricə köçürülmə əməliyyatı zamanı ehtiyac olan məbləğ satıla bilər.
Rabitəbank– dollar bu gün 1.7025 satılır. Şəxsiyyət vəsiqəsi ilə bir nəfərə 500 dollar verir. Anket doldurulduğu halda 20.000 azn qədər dollar almaq mümkündür.
ATAbank- dollar bu gün 1.7025 satılır. Hazırda bankda dollar satılmır.
Bank Respublika – dollar bu gün 1.7025 satılır. 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir.Hüquqi şəxslər adiyyatı departementinin icazəsi ilə dollar alışını reallaşdıra bilər.
Yapıkredi bank– dollar bu gün 1.70 satılır. Bankda 2.000 dollara kimi pul götürmək mümkündür.
Yelo Bank- dollar bu gün 1.7025 satılır. 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir.
Amrahbank– dollar bu gün1.7025 satılır. 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir. Hazırda bəzi filallarda dollar satışı yoxdur.
Ekspressbank- dollar bu gün 1.7025 satılır. Bankda 200 dollara kimi pul götürmək mümkündür.
Beynəlxalq bank – dollar 1.7020 satılır. Bankda maksimum 11.500 dollar almaq mümkündür.
Accecbank– dollar bu gün 1.7025 satılır. Hazırda dollar alış-satışı həyata keçirilmir.
Unibank– dollar bugün 1.7025 satılır. Maksimum 1000 dollara kimi alış mümkündür.
Azərtürkbank–dollar bu gün 1.7020 satılır. Şəxsiyyət vəsiqəsi ilə bir nəfərə 500 dollar verilməsi mümkündür. Blank doldurulduğu halda 20.000AZN ekvivalentində USD valyutasının satışı həyata keçirilir.