Xəbər verdiyimiz kimi, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin bağlanmasından sonra tanınmış aparıcı-prodüser Tarix Əliyev (Tolik) telekanaldan uzaqlaşdırılmayıb, ona və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb.
KONKRET.az xəbər verir ki, Tolik sosial şəbəkədə verilişinin bağlanmasına sevinənlərə sərt sözlər yazıb:
“Dostlar, Allah sizləri qorusun, inanın bu iki gündə o qədər insanı tanıdım ki… Hətta danışmadığım adamlar da mənə zəng vurdu. Amma bəzi qurdlanmış, paslanmış, naftalinlər tez sevindilər a. Qaldı ürəyinizdə, bilirsiniz niyə? Çünki mən aparıcı olmayanda da sizin iynənizi vurmağa qadir idim! Allah yaxşı bəndələrini hər zaman ucaldır”.
Qeyd edək ki, “Hər şey daxil” verilişində Elza Seyidcahan və Mətanət Əsədova arasında qalmaqal yaşanıb. Bundan sonra kanalın rəhbəri, Xalq artisti Murad Dadaşov verilişin bağlanması haqqında qərar verib.