Bakının Türkan qəsəbəsinin sakinləri marşrut avtobuslarının intervalından, eləcə də ictimai nəqliyyatın vəziyyətindən narazılıq edirlər.
Bu barədə Oxu.Az-a qəsəbə sakinləri tərəfindən ünvanlanan şikayətdə qeyd olunub.
Qəsəbə sakinləri 101 saylı müntəzəm xətt üzrə hərəkət edən marşrut avtobuslarında problemlərin çox olduğunu bildiriblər:
“Avtobusların intervalı düzgün tərtib olunmayıb. Sakinlər dəqiqələrlə marşrut avtobusunu gözləməli olurlar. 101 saylı müntəzəm xətt üzrə hərəkət edən avtobuslar istismar müddətini bitirib. Nəqliyyat vasitələri çox köhnədir, tez-tez xarab olur. Axşam saatlarında əhali demək olar ki, taksilərin ümidinə qalır”.