2019-cu ildə Azərbaycanda 1 378,9 min ton dizel yanacağı, 1,360 mln. ton avtomobil benzini istehlak edilib.
"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, dizel yanacağının istehlakı 2018-ci illə müqayisədə 6,1%, avtomobil benzini istehlakı 4,9% artıb.
Ötən il Azərbaycanda 386,4 min ton aviasiya üçün ağ neft, 242,3 min ton neft bitumu, 233,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 171,8 min ton maye qaz, 54,9 min ton sürtkü yağları istehlak edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehlakında 16%, maye qaz istehlakında 11,3%, sürtkü yağları istehlakında 13,4% artım, aviasiya üçün ağ neft istehlakında 2,1%, neft bitumunun istehlakında 14,4% azalmaq qeydə alınıb.