Rəyi soruşulanların 46 faizi ölkə başçısının fəaliyyətindən razı qaldığını bildirib
Türkiyənin “Metropoll” şirkəti cari ilin yanvarında prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
AYNA “Report”a istinadən xəbər verir ki, respondentlərin 41,9 faizi “Ümumilikdə Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətini dəstəkləyirsinizmi?” sualına müsbət cavab verib.
Eyni zamanda rəyi soruşulanların 46 faizi ölkə başçısının fəaliyyətindən razı qaldığını bildirib, 12,1 faiz isə sualı cavabsız qoyub.
Xatırladaq ki, 2018-ci ildəki son prezident seçkilərində R.T.Ərdoğan 52 faiz, onun əsas rəqibi Muharrem İnce isə 30 faiz səs toplayıb.