Ermənistanın baş naziri Nikol Paşinyanın nazirləri SMS vasitəsilə işdən çıxarmaq şousu davam edəcək.
Bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, hazırda Paşinyan səs-küy yaradacaq addımlar atır.
“Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları “qanuni oğru”ları küçənin ortasında asfalta uzadaraq, həbs edirlər. Paşinyan isə özü bahalı həyat yaşasa da, “biznes-klass”dan istifadə edən məmurların və onların ailə üzvlərinin siyahısını hazırlamaq tapşırığı verib.
Məlumat toplandıqdan sonra yeni şou gözlənilir. Paşinyan “az maaşla” bir neçə milyonluq səfərlər edənləri biabır edəcək”, - nəşr yazır.