İllər ötür, yaş üstünə yaş gəlir. İnsanlar arxada qalan həyat yoluna yenidən boylanır. Zamanın süzgəcindən necə keçdiyinə bir daha nəzər salır. Belə anlarda yaşadığı illərə, tutduğu əməllərə görə peşman deyilsə, deməli, o, xoşbəxt adamdır. Uzun illər yaxından tanıdığım, bu gün haqqında fəxrlə, qürurla söhbət açdığım Rəfael Səfərov da belə maraqlı ömür sahiblərindən biridir…
Onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada, mühafizəkar insan kimi tanıyır. Çalışdığı sahələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb. Belələri üçün müdriklər nahaq deməyiblər: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Yazımızın bu yerindən Rəfael qardaşımın ömürlüyündən bir neçə sətri qeyd etməyi özümə borc bilirəm.
Rəfael Səfərov əslən İsmayıllı rayonundan olsa da 1968- ci il iyunun 25 də Bakı şəhərində anadan olub. 1975-ci ildə Xətai rayonu 194 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedib 1985-ci ilədə həmin məktəbi bitirib. 1986-1988- ci illərdə hərbi xidmətdə olub. 1989- cu ildə Moskva şəhərində Prixanov adına Universitetin İqtisadiyyat fakültəsinə qəbul olub 1994-ci ildə iqtisadçı ixtisası üzrə bitirib. 1994-ci ildən əmək fəaliyyətinə 3 nömrəli Çörək Zavodunda sahə rəisi kimi başlayıb. Bir müddət sonra isə həmin zavodun filial rəisi vəzifəsində çalışıb. 1999- cu ildən bu günə qədər Əhmədli Çörək Zavodunun direktoru vəzifəsində çalışır. 2005- 2010 cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyə-kredit ixtisasını bitirib". Onu ölkəmizdə və ölkə hüdudlarlndan kənarda da İşadamı və Xeyriyyəçi kimi tanıyırlar.
Rəfael qardaşımız ömrünün bir hissəsini zəhmətə bağlayıb. Uşaqlığını ucu-bucağı görünməyən, bərəkətli, Azərbaycanın mirvarisi İsmayıllıda keçirib. Elə buna görə də İsmayıllı rayonu, bu guşənin hər yeri, hər daşı ona doğma və əzizdir. Doğma yurdla nəfəs alan, qəlbində özünə əbədi ünvan tapmış İsmayıllı onun yüksəlişində, arzularının çiçəklənməsində mühüm rol oynayıb. Həyatının mənasını burada anlayıb, ev-eşik sahibi olub, çoxlu dost tapıb. O, rayonun cazibəsindən çıxa bilmir, özünü bu gözəl məkandan ayrı təsəvvür etmir. Onun haqqında, “sinəsi İsmayıllı ilə döyünür” desək, daha doğru olar.
Rəfael timsallı insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliklərini, səadətlərini, varlıqlarını vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Bu cür insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudurlar, - desək səhv etmərik. Söhbətlərimiz, uzun illərin tanışlığı və dostluğu nəticəsində öyrənmişəm ki, o, əsl söz adamı, deyib-gülən, zarafatından qalmayan insandır. Söz-söhbətindən, şirin danışığından doymaq olmur. ..
Öz peşəsinin fədakarı olan Rəfael müəllim öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Rəfael Səfərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə özünü rahat hiss edir, həmin sevinci o da yaşayır.
O, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən, eləcə də vəzifədə olub-olmamağından asılı olmayaraq Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiqliyini sübut edib. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi qabiliyyətə malik istedad sahibi kimi də hörmət qazanıb. O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandır. Prezident İlham Əliyevdən nümunə götürən Rəfael müəllim böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. İnsanlara maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini müsbət həll edir, özünün dövlətimizə və Prezidentimizə inamını artırır. Onun təcrübəsinə istinadən deyə bilərik ki, Rəfael müəllim öz işinin əsl peşəkarıdır.
O, hər zaman dövlətə, dövlətçiliyə, xalqa, millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edib. Şükürlər olsun ki, bu tendensiya bu gün də davam edir. Onun həyat salnaməsinə nəzər salanda görürük ki, o, hər zaman işinin öhdəsindən layiqincə gəlib, həm də böyük ülfət bağladığı kollektivin rəğbətini qazanıb. O, hər zaman, bir rəhbər kimi, öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutub.
Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Rəfael müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.
Və sonda nə demək istərdim?
O, vaxtı ilə el qeyrətli valideynlərindən aldığı təmiz və saf tərbiyəni öz övladlarına aşılayıb. Ailədəki səmimiyyət uşaqlarına da sirayət edib…
Ömür nərdivanının 60-cı pilləsinə doğru addımlamaqdadır. Maraqlı və mənalı 56 illik ömür Rəfael qardaşımız üçün artıq bir keçmişdir. Qarşıda onu uzun, həm də qurub-yaratmağı ilə zəngin bir yol gözləyir. Bu yolda ona sağlam həyat, bol-bol uğurlar arzulayıram.
Belə yerdə dahi Konfutsinin bu kəlamı yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.
Yusif MƏHƏMMƏDOĞLU