Milli Məclis
Xəbər verdiyimiz kimi, verdiyimiz kimi, mühacir bloger Həbib Müntəzir və Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkələrdə siyahı dərc ediblər.
Bu siyahıda deputatlığa namizədliyini vermiş şəxslərdən hansıların mütləq şəkildə deputat olacağına dair iddialar var və konkret adlar yer alıb. Bu adların içərisində iqtisadçı ekspert, 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun da adı yer alıb. Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Vüqar Bayramov bildirib ki, siyahıdan xəbəri yoxdur.
Vüqar Bayramov
"Hazırda seçki qərargahımla birgə namizədi olduğum 84 saylı Füzuli seçki dairəsində intensiv seçki kampaniyasının aparılması ilə məşğuluq. Heç bir siyahı ilə tanış deyiləm, seçicilərimin etimadını, sevgisini və güvənini qazanmaq üçün komanda şəklində fəal surətdə çalışırıq, konkret işlə məşğuluq".
Natiq Cəfərov
Maraqlıdır ki, müxalifət qüvvələrindən REAL-ı təmsil edən iqtisadçı Natiq Cəfərlinin də adı siyahıda yer alanlar arasındadır. Natiq Cəfəli Bizimyol.info-ya bildirib ki, belə qara siyahı hazırlamaqda məqsəd seçkini gözdən salmaqdır. “Siyahını dərc edənlər parlamentə o yolla düşənlərdir , hamını özləri kimi bilirlər. Biz gecə - gündüz xalqın içindəyik, seçki kampaniyası ilə məşğuluq. Bu siyahı sadəcə qaralama məqsədi daşıyır. Öz adımın orda görünməsi barədə yalnız bunu deyə bilərəm”.
İlhamə Rəsulova