Sizin reklam burada
Sizin reklam burada

Pentaqondan Əfqanıstanda qəzaya uğrayan təyyarə ilə bağlı AÇIQLAMA

Pentaqondan Əfqanıstanda qəzaya uğrayan təyyarə ilə bağlı AÇIQLAMA

ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstanda qəzaya uğrayan HHQ-nin kəşfiyyat təyyarəsində MKİ əməkdaşlarının öldüyü barədə xəbəri təkzib edib.

Bu barədə TASS xəbər yayıb.

Esper bildirib ki, qəzada HHQ-nin polkovnik leytenantı Poll Voss və kapitan Rayan Fenuf həlak olub.

“Biz həlak olanların qalıqlarının daşınması ilə əlaqədar əməliyyat keçirdik və qəzanın səbəblərini araşdırırıq”, - deyə o bəyan edib.

Nazirin mətbuat konfransındakı bu bəyanatı “Taliban” hərəkatının aviaqəzada amerikalı kəşfiyyatçıların öldüyü barədə informasiyasına cavab idi.

Xatırladaq ki, yanvarın 27-də Qəznidə “Ariana Afghan Airlines” laynerinin qəzaya uğradığı barədə xəbər yayılıb. Lakin şirkət nümayəndələri bu xəbəri təkzib ediblər. Sonradan anonim mənbədən bildirilib ki, təyyarə ABŞ Silahlı Qüvvələrinə məxsusdur. Baş verənlərə görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ