Səhiyyə Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlarla əlaqədar vətəndaşlara müraciət edib.
Lent.az xəbər verir ki, nazirliyin mətbuat katibi Pərviz Əbubəkirov vətəndaşları rəsmi qurumların məlumatlarına inanmağa səsləyib:
“Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, İcbari Tibbi Sığorta Agentliyinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) saytlarında, “facebook” səhifələrində insanlara koronavirusla bağlı hansı tədbirlərin görülməsi lazımdırsa, onlara tövsiyələr çatdırılır. Ona görə də vətəndaşlarımız gərək sosial şəbəkələrdə bu sahənin mütəxəssisi olmayanların paylaşdıqlarına inanmasınlar və rəsmi qurumların məlumatlarına istinad eləsinlər, onlara inansınlar”.