9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi 86 saylı İsmayıllı Seçki Dairəsindən qeydə alınan yazıçı-jurnalist Yusif Osmanlı seçicilərlə görüşlərini davam etdirir.
Yusif Osmanlının Seçki Qərargahından verilən məlumata görə bu gün rayonun 4 kəndində görüş keçirib. Belə ki, Ruşan, Hacıhətəmli, İvanovka və Şəbyan kəndlərində seçicilərlə görüşülüb. Görüşlər zamanı Yusif Osmanlını vəkilləri müşayət edib. Yusif Osmanlı öz platformasından danışıb. Cənab Prezident tərəfindən aparılan islahatları dəstəklədiyini bildirib. Seçiciləri maraqlandırılan suallara cavab verilib. Sonda isə kənd sakinləri seçkilərə gedəcəklərini və Yusif Osmanlıya səs verərəcklərini bildirdilər. Seçki Qərargahından saytımıza verilən məlumata görə Yusif Osmanlının görüşləri davam edir. Sabah da rayonun 3-4 kəndində görüşlərimiz olacaq. Hər bir seçici bizim üçün əzizdir. Çalışacağıq ki, Dairənin əzarizində olan kənd və qəsəbələrin hər birində görüşlər keçirək.
Cavidan Orucov