Sizin reklam burada
Sizin reklam burada

Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi

Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi

Talibanın yanvarın 26-da Əfqanıstanda vurduğu hərbi təyyarənin içərisində ABŞ-ın yüksək rütbəli zabiti Maykl Danrea da olub.

İranın “Mehr” agentliyi xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərqdə həyata keçirilən əməliyyatlarına rəhbərlik edən məşhur hərbçi Maykl Danrea bu hücum nəticəsində öldürülüb.

Qeyd edək ki, Maykl Danrea İranın İslam İnqilabı Silahlı Qüvvələrinin komandanı Qasım Süleymaninin İraqda raket zərbəsi ilə vurularaq öldürülməsi əməliyyatına da rəhbərlik edib.

ABŞ hərbi təyyarənin vurulmasını təsdiqləsə də, itkilər barədə məlumat verməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ