Türkiyədə zəlzələ təhlükəsi davam edir.
“HaberGlobal”ın məlumatına görə, Mərmərə dənizinin Silivri hissəsində 7,6 bal gücündə zəlzələ baş verəcəyi gözlənilir.
Bu barədə Geologiya üzrə ərazi şöbə müdiri Ergin Er deyib.
O, baş verəcək zəlzələ nəticəsində Bursanın ciddi zərər görəcəyini bildirib.
Onun dediyinə görə, Mərmərədə baş verəcək zəlzələ Avstriya və İtaliyada da hiss ediləcək. Çünki Bursanın coğrafi mövqeyi zəlzələnin təsirini gücləndirərək ətraf ərazilərə yaya bilər.
Ergin Er qeyd edib ki, 1855-ci ildə Bursada 7,2 bal gücündə baş verən zəlzələ minə yaxın insan itkisi və dağıntılarla nəticələnib:
“Bursada baş verə biləcək zəlzələ ciddi tələfata səbəb ola bilər. Buna görə təcili tədbirlər görməliyik”, - deyə o vurğulayıb.