Sizin reklam burada
Sizin reklam burada

"Ərimin nişan üzüyünü də satdım" - Elnarə

"Ərimin nişan üzüyünü də satdım" - Elnarə

"İnsan bəxti təmtəraqlı toyda, üzükdə, güzgüdə deyil. İnsan özü-özünü idarə edir".

Axşam.az bildirir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Şou ATV" verilişində deyib. Sənətçi illər əvvəl başına gələn hadisədən danışıb. O bildirib ki, iflas olub və hər şeyini satıb:

"Toylara çox baha qiymətə gedirdim. Tar-kamanla işləyirdim. Yaxşı imkanım var idi. Həmin imkanın, xoşbəxtliyin qabağında qəribə sınaq oldu. Gedib kiminsə cibinə girməli deyildim ki... Başladım hər şeyi bir-bir satıb yedim.

Elə məqam gəldi ki, heç nə qalmadı. Elxanın (həyat yoldaşı - red.) barmağındakı üzüyü və özümünkün çıxarıb aparıb satdım. İndi ondan qat-qat baha üzük aldım ona. Sən demə, o da pulunu yığıb mənə üzük alıb".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ