arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bu dərmanları pulsuz ALACAĞIQ

Bu dərmanları pulsuz ALACAĞIQAzərbaycanda bir sıra dərman vasitələrinin icbari tibbi sığortaya daxil edilməsi gözlənilir.

Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub. Lakin 2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Bununla yanaşı, ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı Xidmətlər Zərfinin genişləndirilməsi, yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş