“Biz NATO-nu daha da güclü edəcəyik”.
Redaktor.az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.
S-400 zenit raket sistemi ətrafında yaranan gərginliyə münasibət bildirən Türkiyə XİN başçısı NATO müttəfiqlərindən hava hücumundan müdafiə sistemi ala bilmədiklərini üçün Rusiyaya müraciət etdiklərini qeyd edib: “Bu, seçim deyildi, əksinə zərurət idi. Biz NATO-nu zəiflədəcək hər hansı bir addım atmayacağıq”.
M. Çavuşoğlu vurğulayıb ki, Almaniya və Fransa Rusiyanı narazı salmamaq üçün Gürcüstanı NATO-ya qəbul etməkdən çəkinir: “Ancaq biz hər zaman Gürcüstanın NATO-ya üzvlük məsələsini gündəmə gətirir və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”.//Apa.az