“Fransanın İranın nüvə proqramı ilə bağlı mövqeyi birmənalıdır – Tehranın nüvə silahı ola bilməz”.
“RİA Novosti” məlumat verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İsrail Prezidenti Reuven Rivlinlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramı məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirə olunacağı təqdirdə, rəsmi Tehranın Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən çıxacağını bildirib.