Dostlar bildiyiniz kimi mənim 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə 86 saylı İsmayıllı Seçki Dairəsindən namizədliyim qeydiyyata alınıb. 17 yanvardan etibarən rayonun Xanagah, Topçu, Buynuz, Qurbanəfəndi, Qalacıq, İstisu, Sumağallı, Yeniyol, Qaraqaya, Gəndov, Namazgah, Lahıc, Ərəgit, Əhən, Quşencə Zoğallıq, Gideyli, İvanofka, Uştal kəndlərində özüm və vəkillərim tərəfindən seçicilərlə görüşlərimiz olub. Dünən səhər Seçki Qərargahımızın üzvləri ilə İsmayıllı rayonunda olan Şəhidlər Xiyabanını ziyarət etmişik. Ziyarətdən qayıdandan sonra isə şəkillərimin cırıldığını gördüm. Yaxınlaşıb özümü təqdim elədim. Soruşdum ki, nə üçün cırırsınız? Sizə bu tapşırıqları kim verib? Cıran şəxs dedi ki, bizə bu tapşırığı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər üzrə nümayəndəsi Məhərrəm Əhmədov verib. Dünən iki dəfə Məhərrəm Əhmədova zəng elədim. Bu gün də özüm İsmayıllı rayonunun mərkəzi hissəsini gəzib baxdım. Gördüm ki, tək mənim şəkillərim cırılır. Digər namizədlərin şəkilləri yenə də yerlərində qalır. Mənim şəkilimi cıranlara tapşırığı Məhərrəm Əhmədov verdiyini bildik. Özü də telefon danışığımızda bunu etiraf elədi. Bəs Məhərrəm Əhmədova kim tapşırıq verib? Mən bu haqda bu gün Mərkəzi Seçki Komissiyasının qaynar xətrinə (115) şikayət vermişəm. İndidən belə maneçilik olacaqsa və ayrıseçkilik ediləcəksə....
Əminəm ki, İcra Başçısı şəxsiyyətinə böyük hörmət bəslədiyim Ağsaqqalımız, dəyərli Mirdamət müəllim Məhərrəm Əhmədovun bu özbaşnalığına son qoyması üçün tapşırıq və tövsiyələrini verəcəkdir.
Status paylaşım üçün açıqdır.
P.S. 1 ci şəkildə əli cibində duran Məhərrəm Əhmədovdan tapşırıq alıb mənim şəkillərimi cıran şəxsdir. Adını Feyzulla kimi təqdim elədi.